Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu

 

Xidmətdən istifadə qaydaları


"Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul məqsədilə müsabiqədə iştirak üçün müraciətin və sənədlərin elektron formada qəbulunu həyata keçirtmək üçün istifadə edilir.
Bu elektron xidmətin göstərilməsi nəticəsində vətəndaşa dövlət orqanlarında qulluğa qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirakına icazə verilir.
Bu xidmətdən on altı yaşına çatmış və dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları istifadə edə bilərlər.
Bu xidmətdən yalnız Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı elan verdikdən sonra istifadə etmək olar. Xidmətdən istifadə etmək üçün ELEKTRON XİDMƏTLƏR bölməsinin istifadəçisi kimi qeydiyyatdan keçmək lazımdır. ELEKTRON XİDMƏTLƏR bölməsinin istifadəçisi olduqdan sonra Siz digər xidmətlərdən də istifadə edə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur. ELEKTRON XİDMƏTLƏR bölməsindən yalnız bir dəfə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçdikdən sonra elektron formanı dolduran vətəndaş öz məlumatlarını təsdiq etdikdən sonra namizəd kimi qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və icrası ilə bağlı ərizəçinin elektron ünvanına dərhal bildiriş göndərilir. Hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-dürüst məlumat daxil edilibsə sorğunun yerinə yetirilməsindən imtina olunur və istifadəçiyə imtinanın səbəbi barədə bildiriş göndərilir. İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda vətəndaşın müsabiqənin test imtahanı mərhələsində iştirak etməsi üçün namizədliyi qeydə alınır və bu barədə onun elektron poçtuna məlumat göndərilir.
Xidmətin reqlamenti ilə buradan tanış ola bilərsiniz. Xidmət haqqında sual yarandığı halda eXidmet@csc.gov.az ünvanına müraciətinizi göndərə bilərsiniz. Əlaqə telefonları: (012) 465-87-93 (#202,#203,#204), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt) Siz həmçinin xidmət barədə fikirlərinizi burada bizimlə paylaşa bilərsininz.
Əgər Siz xidmətin göstərilmə qaydasından şikayət vermək istəyirsinizsə qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərsinuz. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə eXidmet@csc.gov.az elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.