MÜSABİQƏ VƏ MÜSAHİBƏ NƏTİCƏLƏRİ BARƏDƏ MƏLUMATLARIN ƏLDƏ EDİLMƏSİ

 

Xidmətdən istifadə qaydaları


"Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi" elektron xidməti dövlət orqanının kadr qurumunun nümayəndəsinə həmin orqan üzrə müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlərin nəticələri barədə, namizədə isə müsabiqə və ya müsahibə nəticəsi barədə məlumatın elektron formada verilməsi üçün istifadə edilir.
Bu elektron xidmətin göstərilməsi nəticəsində dövlət orqanının kadr qurumuna və ya namizədə müsabiqə və müsahibənin nəticələri barədə müvafiq məlumat verilir.
Bu xidmətdən müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlər, müsahibədən keçmiş dövlət qulluqçuları və dövlət orqanlarının kadr qurumları istifadə edə bilərlər.
Xidmətdən istifadə etmək üçün ELEKTRON XİDMƏTLƏR bölməsinin istifadəçisi kimi qeydiyyatdan keçmək lazımdır. ELEKTRON XİDMƏTLƏR bölməsinin istifadəçisi olduqdan sonra Siz digər xidmətlərdən də istifadə edə bilərsiniz.
Qeydiyyatdan keçdikdən sonra elektron formanı vətəndaş-müsabiqə və ya müsahibədə iştirak etmiş namizəd öz məlumatları ilə tanış ola bilərlər.
Xidmətin reqlamenti ilə buradan tanış ola bilərsiniz. Xidmət haqqında sual yarandığı halda eXidmet@csc.gov.az ünvanına müraciətinizi göndərə bilərsiniz. Əlaqə telefonları: (012) 465-87-93 (#202,#203,#204), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt) Siz həmçinin xidmət barədə fikirlərinizi burada bizimlə paylaşa bilərsininz.
Əgər Siz xidmətin göstərilmə qaydasından şikayət vermək istəyirsinizsə qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərsinuz. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə eXidmet@csc.gov.az elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.