DÖVLƏT QULLUQÇULARININ ETİK DAVRANIŞ QAYDALARINA RİAYƏT EDİLMƏSİ BARƏDƏ MÜRACİƏTLƏRİN QƏBULU

 

Xidmətdən istifadə qaydaları


"Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu" elektron xidməti dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət edilməməsi barədə müraciətlərin qəbulunu həyata keçirtmək üçün istifadə edilir.
Bu elektron xidmətin göstərilməsi nəticəsində vətəndaşa dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması halları araşdırılması və araşdırmanın nəticəsi barədə məlumat verilir.
Xidmətdən istifadə etmək üçün ELEKTRON XİDMƏTLƏR bölməsinin istifadəçisi kimi qeydiyyatdan keçmək lazımdır. ELEKTRON XİDMƏTLƏR bölməsinin istifadəçisi olduqdan sonra Siz digər xidmətlərdən də istifadə edə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur. ELEKTRON XİDMƏTLƏR bölməsindən yalnız bir dəfə qeydiyyatdan keçmək lazımdır. Xidmətin reqlamenti ilə buradan tanış ola bilərsiniz. Xidmət haqqında sual yarandığı halda eXidmet@csc.gov.az ünvanına müraciətinizi göndərə bilərsiniz. Əlaqə telefonları: (012) 465-87-93 (#202,#203,#204), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt) Siz həmçinin xidmət barədə fikirlərinizi burada bizimlə paylaşa bilərsininz.
Əgər Siz xidmətin göstərilmə qaydasından şikayət vermək istəyirsinizsə qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərsinuz. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə eXidmet@csc.gov.az elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.